Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
"Dəmir Yumruq" əməliyyatı ilə Azərbycanın yeni Şanlı Zəfər tarixi yazıldı

0

  •         Hər bir dövlətin inkişafı onun xalqından və ordusundan asılıdır. Nə qədər xalq bir olub, ordusunun arxasında durarsa, o zaman həmin ölkə basılmaz. Ordusu güclü olan millət daim irəli gedər.        Azərbaycan xalqı birdir, həmrəydir. Xalq Orduya, Ordu isə xalqa güvənir. Xalqımızın gücü-qüvvəti düşmənə göz dağıdır. Ümumillili lider Heydər Əliyev bu xalqı, milləti dik tutmaq üçün öz canından, qanından keçməyə belə hazır oldu. Ulu öndər hərbi təhsil sistemini daha da inkişaf etdirməsi üçün 1999-cu il yanvar ayının 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. Həmin fərman Ordunun həm savadlı, həm də cəsarətli olması üçün imzalandı. Ordu quruculuğuna diqqətin nəticəsində Ordumuzun maddi-texniki bazası, əsgərlərin döyüş hazılığı inkişaf etdi. İllərdir bu inkişafı görən xalqımız əmin idi ki, torpaqlarımızı işğaldan azad edəcəyik. Sülh danışıqlarına gəlməyən düşmən isə dəfələrlə təxribat törətdi. Bu təxribatların qarşısını birdəfəlik almaq və ərazi bütövlüyümüzü təmin etmək məqsədilə Ali Baş Komandanın əmri ilə 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Ordusu əks-həmlə əməliyyatlarına başladı. 44 gün ərzində düşmən ordusu darmadağın edilərək diz çökdürüldü.                Prezident, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə bildirdi ki, hər il bu bayramı qeyd edərkən biz özümüzə söz verirdik ki, nəyin bahasına olursa-olsun doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Bu gün qürur hissi ilə deyə bilərəm ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.       "Dəmir Yumruq" əməliyyatı ilə Azərbycanın yeni Şanlı Zəfər tarixi yazıldı. Hər il dövlətimiz 26 iyun silahlı Qüvvələr Gününü fərqli formada qeyd edirdi. Amma bu il xüsusi olaraq təntənəli formada, qürurla qeyd etdik. Çünki bu il hərbçilərimizin öz canı, qanı hesabına düşmən tapdağından azad etdiyi torpaqlarımızda Şanlı Bayrağımız ucaldılıb. Böyük qələbə, sevinc xalqımıza nəsib olub.        Yaşasın Azərbaycan, Yaşasın Azərbaycan Ordusu!Ülviyyə Əhmədova, Xocalı şəhər 4 saylı tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib33 dəfə
    "Dəmir Yumruq" əməliyyatı ilə Azərbycanın yeni Şanlı Zəfər tarixi yazıldı

    Maraqlı gələ bilər
    57
    52
    140